SON XƏBƏRLƏR

“Bizdə var, sizdə yoxdur!” layihəsi çərçivəsində Qızılağac Milli Parkı ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Belə ki, səfər zamanı parkın bələdçiləri qoruq haqqında gənclərimizə məlumat veriblər. Daha sonra gənclər maraqlı şəkillər çəkiblər.

Sonda iştirakçıların suallar ətraflı cavablandırılıb.

Layihə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi, Lənkəran Regional Turizm İdarəsi, Qızılağac Milli Parkı və Lənkəran Gənclər Evinin dəstəyi ilə təşkil olunub.

Qeyd edək ki, park əvvəllər qoruq adı alıb, 2018-ci ildən etibarən isə milli park adına layiq görülüb. Burada müxtəlif növ bitki, heyvan və quşlara, həmçinin nəsli kəsilmiş və “Qırmızı kitab”a daxil edilmiş bir çox heyvan növlərinə rast gəlmək mümkündür.