SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 may tarixində verir.

Yarış “Kombinə edilmiş yanğın estafeti”, “Maneələr zolağı” və “Komandaların təqdimatı” adlı üç mərhələdən ibarət olub.

Gərgin mübarizə şəraitində keçən yarışın yekunlarına əsasən, Lənkəran rayon V.Qasımov adına Digah kənd tam orta məktəbin komandası I yerə, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 nömrəli tam orta məktəbin komandası II yerə, Astara şəhər Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qeyd edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.