Gənclər və İdman naziri Lənkəran və Astaraya səfər edib. Bu haqda məlumat bu gün, 13 oktyabr tarixində nazirliyin rəsmi Facebook səhifəsində paylaşılıb.
Nazir F.Qayıbov bölgələrdəki idman mərkəzlərinin şəraiti ilə tanış olub. Həmçinin, mərkəzlərin fəaliyyətləri ilə maraqlanan nazir, müxtəlif idman növlərinin məşq proseslərini izləyib.
Lənkəran Gənclər evində olan nazir, Uşaq-Gənclər İdman Məktəbinin direktoru, Vətən müharibəsində şəhid olmuş Vüsal Kazımovun qəhrəmanlığını gənclərə əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib.
F.Qayıbov gənclərə və idmançılara xidmət səviyyəsinin artırılması ilə bağlı müvafiq tövsiyələr verib.



