SON XƏBƏRLƏR

“Kəndimiz mərkəzdə” layihəsi Bürcəlidə baş tutub. Bu haqda məlumatı Gənclərin İnkişaf və Karyera mərkəzinin (GİKM) Lənkəran nümayəndəliyi verib.

Tədbir zamanı mərkəzin fəaliyyəti ilə bağlı foto və video təqdimat olub, intellektual oyun keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.  Həmçinin, GİKM-in Lənkəran nümayəndəliyinin sayca 3-cü qolu yaradılıb və rəhbəri İlahə Əlizadə seçilib.

Sonda, açıq havada qısametrajlı filmlərin nümayişi təşkil edilib.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyi və “Farah Printshop”un sponsorluğu ilə keçirilən “Kəndimiz mərkəzdə” layihəsi daha öncə Boladi kəndində baş tutmuşdur.