SON XƏBƏRLƏR

Lənkəranda Gənclərin İnkişafı və Karyera Mərkəzinin gəncləri məhşur “Nənələr” folklor qrupu ilə görüşüb. Bu haqda bu gün, 7 oktyabr tarixində mərkəzin rəsmi Facebook səhifəsində paylaşılıb.

Görüş Lənkəran Destinasiya Menecmenti Təşkilatı və GİKM-nin Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Nənələr gənclər ilə birlikdə ən sevilən mahnıları oxuyublar və maraqlı söhbətlər aparıblar. Nənələr həmçinin milli adət-ənənələrimizi gənclərlə bölüşüblər.

Qeyd edək ki, “Nənələr” folklor qrupunun repertuarında 100-dən çox bayatı və el nəğmələri var.