SON XƏBƏRLƏR

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə zəlzələ ilə bağlı məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Məlumata əsasən, 08.11.2023 tarixində yerli vaxtla saat 09:18-də Azərbaycanla İran sərhədində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın bir sıra cənub rayonlarında hiss olunub.

“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – məlumatda deyilir.