Fövqəladə Hallar Nazirliyi və Lənkəran şəhər icra Himiyyəti birlikdə seminar-müşavirə keçirib. Bu haqda məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.
Məlumatda bildirilir ki, seminarın əsas məqsədi gəmilərin istismarı zamanı qəzaların qarşının alınması və su obyektlərində təhlükəsuzliyə riayət edilməsidir.
Tədbirdə həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin nümayəndələri, Lənkəran və Astara rayonlarından bir qrup gəmiçilər iştirak ediblər.
FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini vurğulayıb ki kiçikhəcmli gəmilərin dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsi vacibdir. O, həmçinin dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsini qeyd edib.
Xidmətin daxili xidmət mayoru təhcizat avadanlıqlarının vacibliyindən danışıb. Bu sahədə istifadə olunan qaydalar, təlimatlar, normativ-texniki sənədlər barədə iştirakçılara məlumat verib.
