SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda praktiki təlim keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində quruma istinadən verir.

Təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər avtomobildə yaranmış “yanğın”ı söndürüb, həmçinin xüsusi xilasetmə vasitələrindən istifadə etməklə “deformasiyaya uğramış avtomobillərdən zərərçəkmişləri xilas edərək onlara təxirəsalınmaz ilkin tibbi yardım göstəriblər”.

Sonda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

FHN
FHN
FHN
FHN
FHN FHN FHN FHN
FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib
Aktual

FHN Cənub Regional Mərkəzində gecə təlimi keçirilib

Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir. Cənub Regional Mərkəzində  “Subasma zamanı təhlükəli vəziyyətdə