SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələri ilə birgə Mərkəzin akt zalında “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev ideyalarına sadiqik” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 yanvar tarixində verir.

Tədbirdə çıxış edən natiqlər hələ sovetlər dövründə Azərbaycanda müstəqillik ideyalarının təşəkkül tapmasında, elmi və kadr potensialının yüksəldilməsində, milli zabit kadrlarının hazırlanmasında xalqımızın ulu öndəri Heydər Əliyevin misilsiz rolundan, gördüyü titanik işlərdən danışıblar. Xüsusi vurğulanıb ki, məhz ümummilli liderin əsasını qoyduğu mütərəqqi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə, beynəlxalq aləmdə söz sahibinə çevrilib.

Tədbirin sonunda “Sən elə bir zirvəsən” adlı videoçarx nümayiş olunub.

Astara iqtisadiyyat
İqtisadiyyat

Astarada ümumi məhsul və xidmətlərin həcmi artıb

Astara rayonunda 2022-ci ilin yanvar-dekabr aylarında ümumi məhsul və xidmətlərin həcmi 15,3 faiz artıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində Azertac-a istinadən verir. Rayon iqtisadiyyatının əsas sahələri