SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinə Lənkəran şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 aprel tarixində verir.

Məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaş halsız vəziyyətdə aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.