SON XƏBƏRLƏR

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzində “Yanğınlar zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda təlim keçirilib. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.

Təlimin keçirilməsində əsas məqsəd əməkdaşların yanğınla mübarizəsi, o cümlədən yanğın zamanı zərərçəkmişlərin xilas edilərək təhlükəsiz əraziyə təxliyə edilməsi və onlara ilkin tibbi yardımın göstərilməsi, qəza-xilasetmə əməliyyatları üzrə idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi olub.

Təlim zamanı şərti yanğın baş vermiş binada yanğınla mübarizə tədbirləri, o cümlədən “zərərçəkmişlərin təxliyə edilməsi, onlara təxirəsalınmaz ilkin tibbi yardımın göstərilməsi” üzrə əməliyyatlar, həmçinin qarşıya qoyulmuş digər tapşırıqlar uğurla icra edilib.

Yekunda təlimin nəticələri müzakirə olunub, müvafiq tapşırıqlar verilib.