Fövqəladə Hallar Nazirliyi əməkdaşları hazırlıq səviyyələrini mükəmməlləşdirmək məqsədilə təlimlər təşkil edib. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Cənub Regional Mərkəzində “Subasma zamanı təhlükəli vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi” mövzusunda gecə təlimi keçirilib. Təlim Regional Mərkəzin xilasedicilərinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı mümkün subasmalar zamanı çevik reaksiya vərdişlərinin, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə baş tutub.
Məşqlər zamanı xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi xilasetmə vasitələri ilə şərti subasma nəticəsində “təhlükəli vəziyyətdə qalmış zərərçəkmişləri xilas edərək” təxliyəsini həyata keçiriblər.
Uğurla yerinə yetirilmiş təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.