SON XƏBƏRLƏR

Masallı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Əyyub Mehdiyev xəstəxanaya yerləşdirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 oktyabr tarixində verir.

Belə ki, iki gün əvvəl Əyyub Mehdiyev açıq ürək əməliyyatı keçirib. Hal-hazırda Bakı şəhərində xəstəxanaların birinə yerləşdirilib və müalicəsi davam etdirilir. Məlumata görə, onun səhhəti stabildir.

Qeyd edək ki, Əyyub Mehdiyev veteran jurnalistdir. Eyni zamanda Masallı Ağsaqqallar Şurasının sədr müavinidir.

O, İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi ” medalına layiq görülüb.