SON XƏBƏRLƏR

Şeyxülislam Allahşükür Paşazadə Lənkəranda şəhidlər xiyabanını ziyarət edib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədri qəhrəman oğullarımızın ruhuna dualar oxuyub. Həmçinin, avqustun 28-də doğum günü olan şəhidlər Mayıl Əzizov, Emin Qurbanov və Həsənağa Abdullazadənin xatirələri anılıb, məzarları ziyarət olunaraq önünə güllər düzülüb.

Şəhidlər xiyabanını şeyxülislam Allahşükür Paşazadə birgə QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi qazı Qəni Axundzadə, Milli Məclisin deputatı Cavanşir Paşazadə ziyarət ediblər.