SON XƏBƏRLƏR

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Masallı sakini Rəşad Süleymanov 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə – külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddə ilə azadlıqdan məhrum olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.

Belə ki, evli qadınla gizli münasibət qurub onunla dəfələrlə cinsi əlaqəyə girən, ondan 75 min dollar tələb edən, intim görüntülərini ərinə və qohumlarına göndərən və qadını intihar həddinə çatdıran Rəşad Süleymanov 13 il müddətində həbs olunub.

Qeyd edək ki, eyni zamanda narkotik vasitə aludəçisi də olan Rəşad Süleymanov 1980-ci ildə Masallı rayonunda anadan olub.