SON XƏBƏRLƏR

Cənub bölgəsində sudan qənaətli istifadənin təmin edilməsi məqsədilə görüşlər keçirilib. Bu haqda bu gün, 18 may tarixində Cenublu.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir.

Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarında keçirilən görüşlər zamanı rayon əhalisinin içməli və suvarma suyunun çatışmazlığı ilə bağlı sualları cavablandırılıb, bu istiqamətdə təkliflər dinlənilib və müzakirələr aparılıb.

Ərazi üzrə icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, sudan istifadə edənlər birliklərinin rəhbərləri və digər maraqlı tərəflərin iştirakı ilə rayon icra hakimiyyətlərində keçirilən görüşlərdə sudan qənaətlə istifadənin zəruriliyi, dövlətin su siyasəti və bu istiqamətdə həyata keçirilən zəruri tədbirlər barədə geniş məlumatlar verilib.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.