SON XƏBƏRLƏR

Ermənistanın Baş prokuroru Anna Vardapetyan əsir götürülmüş iki Azərbaycan hərbçisi barədə danışıb. Bu haqda Cenublu.az bu gün, 3 may tarixində “Sputnik Armenia”ya istinadən xəbər verir.

O bildirib ki, Azərbaycan əsgərlərinin ölkələrinə ekstradisiyası hazırkı məhkəməyə qədərki mərhələdə və qanunla nəzərdə tutulmayıb. Azərbaycan hərbçilərinin gələcəkdə ekstradisiya oluna biləcəkləri ilə bağlı suala cavabında isə bunun onun səlahiyyətlərinə daxil olmadığını bildirib.

Qeyd edək ki, əslən Lənkərandan olan 20 yaşlı Hüseyn Axundov və 19 yaşlı Bəbirov Aqşin Qabil oğlu ötən ay Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onlar “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda” ittiham olunurlar və həbs ediliblər.

Eyni zamanda Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb. Ermənistan Baş Prokurorluğunun məlumatına görə, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.