Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi, əslən Lənkərandan olan Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 aprel tarixində Qafqazinfo-ya istinadən verir.
Belə ki, o, “Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirməkdə” təqsirləndirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 19 yaşlı Bəbirov Aqşin Qabil oğlu və 20 yaşlı Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüblər. Erməni Telegram kanallarında yayılan foto və videogörüntülərdən əsir götürülən Hüseyn Axundovun Ermənistanda fiziki işgəncə və qeyri-insani rəftara məruz qaldığını görmək mümkündür.