SON XƏBƏRLƏR

Astara Dövlət Rəsm Qalereyasının əməkdaşları “Vətən müharibəsi” iştirakçısını ziyarət ediblər. Bu haqda bu gün, 22 noyabr tarixində qalereyanın rəsmi Facebook səhifəsində paylaşılıb.

“Astara igidlərini tanıyaq, tanıdaq!” devizi altında təşkil olunan layihədə qalereya əməkdaşları Hüseynzadə Şirxanın evinə gediblər.

Hüseynzadə Şirxan 29 sentyabr 2020-ci ildə könüllü olaraq müharibəyə yollanmışdır. O Xocavənd, Füzuli, Cəbrayıl və Şuşa şəhərlərinin işğaldan azad edilməsində aktiv iştirak etmişdir.

“Vətən müharibəsi” iştirakçısı laçında keçirilən 62 nəfərlik erməni diversiyasının əsir alınmasında iştirak etmişdir.

İgidimiz “Xocavənd”, “Cəbrayıl” və “Şuşa” rayonlarının işğaldan azad olunmasına görə medallara təltif olunub.