SON XƏBƏRLƏR

Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Tənzimlənmə Agentliyinin (EMTA) Lənkəran regional şöbəsində kadr islahatı həyata keçirilib. Bu haqda məlumatı bu gün, 10 yanvar tarixində Report verib.

Belə ki, EMTA-nın Lənkəran regional şöbəsinin rəhbəri Ramin Əliyev vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifəyə İntiqam Mehdiyev təyin olunub.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 22 dekabr tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” (EMTA) yaradılıb.