Lənkəranda elektrik naqillərinin ötürücü dirəyi təhlükəli vəziyyətdədir. Bu haqda məlumat bu gün, 1 noyabr tarixində Cenublu.az-a daxil olub.
Təhlükəli dirək şəhərin Zərifə Əliyeva və Mikayil Nəzətovun küçələrinin kəsişməsində yerləşir.
Dirək əyilən tərəf yaşayış evi olduğundan sakinlər üçün qəza şəraiti yaradır. Həmçinin bildirlir ki, dirəyin sabit qalması üçün möhkəmləndirilən sütunun olmasına baxmayaraq, dirək sabit qalmayıb.