SON XƏBƏRLƏR

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Masallıda vətəndaşlarla görüşüb. Bu haqda bu gün, 15 mart tarixində Cenublu.az nazirliyə istinadən xəbər verir.

Görüş Yeni Azərbaycan Partiyasının inzibati binasında baş tutub. Qəbuldan əvvəl nazir və Masallı Rayon İcra Hakimiyyətinin başçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, mineral xammal, biomüxtəliflik, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.