SON XƏBƏRLƏR

Masallıda Dövlət Yol Polisi əməkdaşları xüsusi karantin rejiminə riayət olunmasına nəzarət məqsədilə nəzarət-profilaktiki tədbirlər həyata keçiriblər. Bu haqda Cenublu.az Report.az-a istinadən xəbər verir.

Verilən məlumata əsasən, ictimai nəqliyyatda sərnişinlərin gigiyenik vasitələr, həmçinin sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Qaydalara riayət etməyən, həmçinin COVID-19 pasportu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olanlar aşkarlanaraq barələrində inzibati protokollar tərtib edilib.

Reyd zamanı avtomobillərin buraxdığı zərərli qazların miqdarı normadan artıq olan avtomobillərin sürücüləri, nəqliyyat vasitəsinə kobud konstruksiya dəyişikliyi edənlər və digər qayda pozuntularına yol verənlər aşkarlanıb. Qayda pozuntuları müşahidə edilən avtomobil sürücüləri ilə bağlı müvafiq tədbirlər görülüb.