SON XƏBƏRLƏR

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində Report.az-a istinadən verir.

DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlu istifadəsində olan silahla özünə atəş açaraq xəsarət yetirib.

Faktla bağlı Lənkəran Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.