SON XƏBƏRLƏR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Masallıda Biləsuvar, Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində quruma istinadən verir.

Qəbul 24 noyabr 2022-ci il tarixdə saat 11:00-da baş tutacaq. Qəbula yazılmaq istəyən vətəndaşların 22 noyabr 2022-ci il tarixədək SHXÇDX-nin adları qeyd olunan rayon şöbə və bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri zəruridir.