SON XƏBƏRLƏR

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan İran istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 47 yaşlı Hindistan vətəndaşı Harminder Singh saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 may tarixində DSX-nin Mətbuat Mərkəzinə istinadən verir.

Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq, Azərbaycandan İrana qeyri-qanuni yolla keçmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.