Masallıda Dövlət Komitəsinin sədri vətəndaşlarla görüşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyun tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən verir.
Bu gün Dövlət Komitəsinin sədri Bahar Muradova Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Masallı və Yardımlı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.
Qəbulda iştirak edən vətəndaşların müraciətləri uşaqların sənədlərinin qaydasında olmaması, məşğulluq, əlilliyin təyin olunması, məişət zorakılığı və bir sıra digər məsələlərlə bağlı olub.
Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.