SON XƏBƏRLƏR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Masallı və Cəlilabadda “Açıq qapı” günü keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində quruma istinadən verir.

“Açıq qapı” 26 oktyabr saat 10:00-dan 17:00-dək psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə aşağıdakı ünvanlarda keçiriləcək:

  • Masallı – Qarabağ küçəsi, 17, Heydər Əliyev Mərkəzində yerləşən Qadın Resurs Mərkəzində. Əlaqə telefonu: (02521) 5-48-30;
  • Cəlilabad – Heydər Əliyev prospekti, 242, Heydər Əliyev Mərkəzində yerləşən Qadın Resurs Mərkəzində.