Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Astara, Lerik və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 oktyabr tarixində Komitəyə istinadən verir.
Qəbul 21 oktyabr saat 11:00-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində (İstiqlaliyyət küçəsi, 26 b) keçiriləcək.
Qəbulda iştirak etmək istəyənlər “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla və yaxud Komitənin internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla qəbula yazıla bilərlər.