SON XƏBƏRLƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Masallı Rayon Mərkəzi Xəstəxanasında Masallı və Yardımlı rayon sakinlərini qəbul edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 oktyabr tarixində quruma istinadən verir.

Qəbulda 34 vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri, əsasən, əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Eyni zamanda, Agentliyin İdarə Heyətinin sədri Masallı Rayon Mərkəzi Xəstəxanasında işlə təmin olunan 15 nəfər Vətən müharibəsi iştirakçısı və şəhid ailəsi üzvü ilə görüşüb.