SON XƏBƏRLƏR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 noyabr tarixində quruma istinadən verir.

Qəbul 18 noyabr saat 11:00-da Astara rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında baş tutacaq.

Qəbula yazılmaq istəyənlərin Astara rayonu “49 №-li Yol İstismarı”, Lənkəran şəhəri “48 №-li Yol İstismarı”, Lerik rayonu “52 №-li Yol İstismarı” MMC-lərində öncədən qeydiyyatdan keçmələri xahiş olunur.

Vətəndaşlar qəbula şəxsiyyətini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər Agentliyin səlahiyyətlərinə aid olmalıdır.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon