SON XƏBƏRLƏR

“Azerçay” 12 oktyabr – Fermerlər gününə həsr olunmuş “Doğma fermerlər” layihəsini təqdim edib. Bu haqda məlumatı bu gün, 12 oktyabr tarixində Apa paylaşıb.

Layihə çərçivəsində Lənkəran və Astara rayonlarında uzun illərdir çayçılıqla məşğul olan fermerlər və Masallı rayonunda “Azerçay”-a məxsus çay plantasiyalarında çalışan şirkət əməkdaşları ilə videoçarx hazırlanıb. Videoçarxda çayın yetişdirilməsində iştirak edən fermerlər müsahibə verərək təcrübələrini paylaşıblar. Məqsəd ölkəmizdə qədim ənənələrə malik çayçılığın qorunub saxlanılması və inkişaf etdirilməsində yaxından iştirak edən peşəkarlara təşəkkür bildirərək, onları geniş ictimaiyyətə tanıtmaqdır.

Videoçarxı oxucularımıza təqdim edirik: https://www.youtube.com/watch?v=VrRRkqrEzok