SON XƏBƏRLƏR

Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan bir neçə təhsil müəssisələrinin direktor və direktor müavinləri üçün “İcma yönümlü fəal məktəb” təlimi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 mart tarixində verir.

Təlimlərə Lənkəran, Astara və Masallı rayonları üzrə 20 ümumi təhsil müəssisəsinin direktor və direktor müavinləri cəlb olunub.

Məqsəd məktəbdə tədrisin təşkili zamanı icma ilə qarşılıqlı əməkdaşlığı daha səmərəli təşkil etmək, məktəbin idarə olunmasında və təlim nəticələrini yaxşılaşdırmaq məqsədilə müzakirə əsaslı mühit qurmaqdır.