SON XƏBƏRLƏR

Lənkəranda “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 oktyabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Rvo kənd tam orta məktəbində baş tutan tədbirdə məktəblilərə dini radikalizm, ekstremizm və onların mahiyyəti barədə məlumat verilib. Yeniyetmə və gənclərin kənar təsirlərdən, yad dini ideologiyalardan və zərərli vərdişlərdən qorunmaq istiqamətində həyata keçirilən tədbirlərdən bəhs olunub. Natiqlər xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin gənclər arasında fəal təbliğ edilməsinin vacibliyini diqqətə çatdırdılar. Həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən tolerantlıq, dini plüralizm və s. mövzularda kitablar məktəb kitabxanasına hədiyyə olunub.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və videoçarx nümayiş olunub.

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon