SON XƏBƏRLƏR

Astara Gənclər Evində “Din və dövlət” mövzusunda gənclərlə görüş  keçirilib. Bu haqda məlumatı Astara Rayon Gənclər və İdman İdarəsi bu gün, 23 sentyabr paylaşıb.

Tədbirdə çıxışlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, milli-mənəvi dəyərlərin, dinin, doğma ana dilimizin, ata-babalardan qalan gözəl adət-ənənələrimizin göz bəbəyi kimi qorunmasına toxunulub.

Dindən siyasi məqsədlər üçün istifadə edilməsi insanları fanatizmə yönləndirilməsi, vətəndaş həmrəyliyinin pozulmasına və milli düşüncə sisteminə zərbə vurmağa hədəflənmişdir. Həmçinin qeyd olunub ki, dində radikalizm və ekstermizm cəmiyyət üçün təhlükə yaradır.

Görüşün sonunda iştirakçılar ölkədə birliyin, dövlətçiliyin və mənəvi əxlaqi dəyərlərinin qorunması,  müvafiq hədəflərə nail olunması sahəsində əzmkar olmağın və ictimai fəaliyyətin yüksəldilməsi vacibliyini vurğulamışlar.