SON XƏBƏRLƏR

Lənkəranda narkotik alverçiləri saxlanılıb. Bu haqda bu gün, 26 avqust tarixində DİN məlumat yayıb.

Şəhər sakinləri Əbdül Mirzəyev və Mərdan Mustafayev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarına görə polis əməkdaşları tərəfindən saxlanıblar.

Həmçinin DİN “Bir daha vətəndaşlara müraciət edərək sağlam gələcək naminə onları narkotik vasitələrdən uzaq durmağa, həmçinin bu maddələrin qanunsuz dövriyyəsi barədə əllərində olan məlumatları polis əməkdaşları ilə bölüşməyə çağırırıq.” deyə müraciət ediblər.