Dövlət Miqrasiya Xidmətinin Lənkəran regional miqrasiya idarəsinin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər. Bu haqda bu gün, 5 oktyabr tarixində xidmətin rəsmi saytında paylaşılıb.
44 günlük “Vətən müharibəsi” zamanı şəhidlik zirvəsinə ucalanların xatirəsi yad edilib.
Şəhidlər Xatirə Kompleksinin abidəsi və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının məzarlarınının önünə gül dəstələri düzülüb.