SON XƏBƏRLƏR

Dövlət Miqrasiya Xidməti (DMX) Astara rayonunda səyyar xidmət təşkil edib. Bu haqda məlumatı Azertac verib.
Astara ilə yanaşı səyyar xidmət həmçinin Qusar rayonunda da təşkil olunub. Xidmətin imkanlarından, ümumilikdə 43 nəfər istifadə edib. Onlardan 13 nəfərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, 10-a vətəndaşlığa qəbulla bağlı arayış, birinə müvəqqəti olma müddətinin uzadılması, digər birinə isə vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi barədə qərar təqdim edilib. Dörd nəfərdən müvəqqəti olma və müvəqqəti yaşama icazəsinin müddətinin uzadılması, birindən vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciət qəbul edilib, həmçinin yeddi nəfərə müraciətə uyğun tələb olunan sənədlərin siyahısı izah edilib.