SON XƏBƏRLƏR

Astara şəhər sakini narkotik maddələrin dövriyyəsində şübhəli bilinərək saxlanılıb. Bu haqda məlumatı bu gün, 17 sentyabr tarixində Azərtac paylaşıb.

Əvvəllərdə məhkum olmuş Ş.Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.

Onun evindən 2 kq 490 qr heroin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.