SON XƏBƏRLƏR

Lənkəranda “Dəmir yumruq Zəfəri” və Bayraq gününə həsr olunmuş tematik konsert keçirilib. Bu haqda bu gün, 3 noyabr tarixində Mamusta Folklor Evinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Lənkəran Mədəniyyət Regional İdarəsinin təşkilatçılığı ilə baş tutan tədbir Lənkəran şəhər Mədəniyyət Mərkəzində keçirilib.

Tədbirdə məktəblilər tərəfindən çəkilmiş rəsmlər nümayiş olunub. Həmçinin bir sıra konsert və proqramlar təşkil edilib.

Tədbirdə xalqımıza qələbə hissini bəxş edən şəhidlərimizin ruhu hörmətlə anılıb.