Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğluna yüksək vəzifə verilib. Bu haqda məlumatı bu gün, 30 noyabr tarixində Cenublu.az verir.
Belə ki, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov
başçının oğlu Seymur Qaraşovu Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəis müavini təyin edib.
Qeyd edək ki, polkovnik S.Qaraşov bundan əvvəl Cənub Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışırdı.