Lənkəranın Cil kənd sakini, ikinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına şəhid olan Araz Həbibovun anım günü keçirilib. Bu haqda məlumat bu gün, 11 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Tədbirdə Lənkəran şəhər İcra Hakimiyyətinin müavinləri, Dini qurumlar üzrə İdarənin nümayəndələri, Hacı Sədi Axundzadə, Səfərbərlik və Hərbi xidmətə çağırış xidmətinin əməkdaşları, kənd ziyalıları, məktəblilər, yerli sakinlər və digər kəndlərin gəncləri iştirak edib.
İlk öncə şəhidimizin məzarı ziyarət olunub. Daha sonra məclis şəhidin kənddəki evində davam edib.
Araz Həbibov 19 yanvar 2002-ci ildə Lənkəran rayon Cil kəndində anadan olub. Şəhidimiz ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
