Lənkəran şəhəri Məhəmməd Əsədov küçəsi dalan 1 ünvanında yerləşən qəzalı dirək problemi həll olundu. Bu haqda məlumat bu gün, 17 noyabr tarixində Cenublu.az-a daxil olub.
Belə ki, ərazidə yerləşən dirək yenisi ilə əvəz olunub. Sakinlər Cenublu.az- yazaraq öz minnətdarlıqlarını bildiriblər: “Sizin sayənizdə telefon dirəyi dəyişdirildi. Sizə sakinlər və öz adımdan təşəkkürümü bildirirəm”.
Biz isə öz növbəmizdə problemin həll olunmasında vasitəçi olduğumuz üçün çox şadıq!