SON XƏBƏRLƏR

Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insan ağır vəziyyətə düşüb. Bu səbəbdən “Carnaval Hotel” “Bir millət, iki dövlət” prinsipindən çıxış edərək Türkiyəyə olan dəstəyini əməldə də göstərib.

Hazırda vəziyyətin son dərəcədə ağır olduğunu, qardaş türk xalqı ilə həmrəyliyin vacibliyini nəzərə alaraq, “Carnaval Hotel” dəstək göstərmək üçün “Türkiyəyə dəstək kampaniyası” başladıb. Kampaniya çərçivəsində zəlzələdən zərər çəkən türk xalqına humanitar yardım nəzərdə tutulur.

Siz də Lənkəran sakini olaraq dəstək olmaq istəyirsinizsə, ianə etmək istədiyiniz məhsul və ya əşyaları aşağıda qeyd olunan ünvana yaxınlaşaraq təhvil verə bilərsiniz.

Ünvan: Lənkəran şəhəri, Sütəmurdov qəsəbəsi, “Carnaval Hotel”.

Əlaqə nömrəsi: 070 911 42 00.