SON XƏBƏRLƏR

Cəlilabadda ötən ilin yanvar-mart aylarına nisbətən əhalinin sayı artıb. Bu haqda bu gün, 26 may tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.

Mövcud əhalinin sayı 215,2 min nəfərə çataraq 2022-ci ilin müvafiq dövrünə nisbətən 2,3 min nəfər və yaxud 1,1% artıb.

Qeyd olunub ki, bir kvadrat kilometrə düşən əhalinin sıxlığı 149,6 nəfər təşkil edib. Əhalinin ümumi sayının 26,8%-i və ya 57,7 min nəfərini şəhər, 73,2 %-i və ya 157,5 min nəfərini kənd sakinləri təşkil edirlər. Ümumi əhalinin 51,2%-ni və ya 110,2 min nəfərini kişilər, 48,8 %-ni və ya 105,0 min nəfərini qadınlar təşkil edirlər.

2023-cü ilin yanvar-mart aylarında təbii artım 2022-ci ilin müvafiq dövrünə nisbətən 261 nəfər az olub, 607 körpə doğulub. Rayon üzrə 288 ölüm qeydə alınıb.