Cənub məktəbləri Azərbaycan Festivalında mükafatlar qazanıb. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Bakı Ekspo Mərkəzində Beynəlxalq STEAM Azərbaycan (STEAM Azerbaijan) Festivalı 2022-nin bağlanış mərasimi keçirilib.
Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-də “İnnovative exhibition” kateqoriyası üzrə qalib olan komandalara mükafatlar təqdim edilib.
- Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbi – “Boladi” komandası
- Masallı rayonu Banbaşı kənd tam orta məktəbi – “Gənc mühəndislər” komandası
- Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbi – “Rəqəmsal aqronomlar” komandası