Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil ocaqlarının şagirdləri Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak edirlər. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən xəbər verir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 5-9 dekabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022-də Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin müəllim və şagirdlərindən ibarət 10 komanda iştirak edir.
Beynəlxalq səviyyədə təşkil olunan SAF 2022-də müxtəlif kateqoriyalar üzrə
- Masallı rayonu Banbaşı kənd tam orta məktəbi – “Old town”, “Gənc mühəndislər”, “Star”
- Astara rayonu Deqədi kənd ümumi orta məktəbi – “Sparrow”
- Cəlilabad rayonu Alar kənd 2 nömrəli tam orta məktəbi – “Rəqəmsal aqronomlar”
- Lənkəran rayonu Boladi kənd 1 nömrəli tam orta məktəbi – “Boladi”
- Lənkəran şəhər 7 nömrəli tam orta məktəbi – “Little winners”
- Lənkəran şəhər 6 nömrəli, 10 nömrəli və Lənkəran rayonu Haftoni qəsəbə tam orta məktəbi – “Develop”
- Lənkəran rayonu Hirkan qəsəbə tam orta məktəbi – “Hirkan team”
- Lənkəran şəhər 2 nömrəli tam orta məktəbi – “Matix” komandaları iştirak edirlər.
Final mərhələsində iştirak edən müəllim və şagirdlərimizə uğurlar arzu edirik.