SON XƏBƏRLƏR

Cəlilabadda yerləşən 95 yaşlı tarixi abidə baxımsızlıqdan dağılmaq üzrədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində Report.az-a istinadən verir.

Sakinlərin sözlərinə görə, iki iri günbəzdən ibarət olan hamam rayonda ilk kanalizasiya sistemi olan tikilidir. Vaxtilə burada saxsı borularla divarda və yerdə xüsusi kanalizasiya sistemi işlənilib: “Yaşlı nəslin nümayəndələri həmişə danışırdılar ki, bir yük odunla səhərdən axşama qədər hamamın həm içi, həm də suyu qızırmış”.

Hamam kimi fəaliyyətini dayandırdıqdan sonra buradan müxtəlif təyinatlar üzrə istifadə edilib. Bu tarixi məkan 2008-ci ilə kimi çörəkbişirmə sexi kimi fəaliyyət göstərib. Lakin tikilidə indiyə qədər heç bir əsaslı təmir işləri aparılmadığından hamamın divarlarında çatlar yaranıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, sözügedən hamam yerli əhəmiyyətli tarix-memarlıq abidəsi kimi dövlət qeydiyyatındadır.

Qurumun rəsmisi bildirib ki, hamamın bərpaya ehtiyacı var və bərpa olunması üçün investisiya planına daxil edilib: “Tarixi abidələr müvafiq siyahıya daxil edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata keçirilir. Bu hamamın da investisiya layihələrinin icrası çərçivəsində bərpası planlaşdırılır”.

Cəlilabad rayonunda rəsmi şəkildə 53, yerli tarixçilər tərəfindən isə 100-ə yaxın tarixi abidə qeydə alınıb. Abidələrin ikisi dünya, digərləri respublika və yerli əhəmiyyətlidir.

Qeyd edək ki, daha öncə Lənkəranda yerləşən “Dairəvi qala”, Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən 116 yaşlı “Ləm” və 216 yaşlı Kərbəlayi Həmid Abdulla tərəfindən inşa olunmuş tarixi hamamın qəzalı vəziyyətdə olması haqda paylaşım etmişdik.

Cəlilabad hamam
Cəlilabad hamam
Cəlilabad hamam
Cəlilabad hamam Cəlilabad hamam Cəlilabad hamam
Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda