SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısının müavini vəzifəsindən azad edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 sentyabr tarixində verir.

Belə ki, icra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Həsənova tutduğu vəzifədən kənarlaşdırılıb. O, bu vəzifəni 2019-cu ildən icra edib. Hələlik onun yerinə təyinat olmayıb.

Beləliklə, cənub bölgəsində artıq 3-cü rayonun icra başçısının müavini vəzifəsindən azad olunub. Onların heç birinin yerinə təyinat olmayıb.

Qeyd edək ki, daha öncə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva məktəblini döydüyü üçün barəsində cinayət işi açılıb və o, vəzifəsindən azad olunub.

Həmçinin Masallı rayon İcra Hakimiyyətinin başçısının 1-ci müavini Məmmədhüseyn Hüseynov da tutduğu vəzifədən kənarlaşdırılıb.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər