SON XƏBƏRLƏR

Cənub rayonlarında yaşayan türk vətəndaşları Türkiyədə keçirilən seçkilərdə iştirak edə biləcəklər. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 mart tarixində verir.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bildirib ki, cənub zonasında yaşayan türk vətəndaşları aprelin 2-dək Bakıdakı konsulluğa müraciət etməlidirlər. Konsulluq aprelin 1-i və 2-si, yəni şənbə və bazar günləri açıq olacaq.

“Vətəndaşlarımız “E-dövlət” və “YSK Çağrı Mərkəzi”ndə öz adlarını seçici siyahılarından yoxlasınlar. Əgər vətəndaşlarımızın ünvanları Türkiyədə görünürsə, konsulluqlarımıza gəlməyi, ünvanlarını yeniləməyi xahiş edirik”, – deyə səfir bildirib.

Qeyd edək ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.